“Land Rover” 65 min avtomobilini geri çağırır
Nəqliyyat vasitələrinin qapı kilidində nasazlıq var.
“Land Rover” şirkəti 65 min Range Rover avtomobilini geri çağırır.
Oxu.Az xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin qapı kilidində yaranan nasazlıqdır.
2012-2015 illərdə buraxılan Range Rover və Range Rover Sport avtomobillərin qapısı maşın yolda sürətlə hərəkət edərkən qəflətən açılır.
Məlumatda bildirilir ki, avtomobil sahibləri geri çağırılan nəqliyyat vasitələrində ediləcək dəyişikliklərə görə ödəniş etməyəcəklər.
Mənbə:> Oxu.Az