“İlin kəşfi” - Azərbaycan » AzNews.info -Xəbər portalı

“İlin kəşfi” - Azərbaycan

“İlin kəşfi” - Azərbaycan


Azərbaycan “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri–2015” müsabiqəsində “İlin kəşfi” nominasiyasının qalibi olub.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, noyabrın 18-də Moskvada keçirilən təntənəli mükafatlandırma mərasimində qalib diplomu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təqdim edilib. Diplomu tanınmış teleaparıcı Mixail Kojuxov təqdim edib.

P.Bülbüloğlu jurnalın oxucularına təşəkkür edərək vurğulayıb ki, Azərbaycan turistlər üçün cəlbedici ölkədir. O deyib: “Gözəl mənzərələr, qonaqpərvər insanlar, dadlı mətbəx, Abşeronun mirvari çimərlikləri Azərbaycanı həm turistlər, həm də ölkəmizin qonaqları üçün cəlbedici edir”.

Polad Bülbüloğlu Azərbaycanda həm qışda, həm də yayda gözəl istirahət üçün hər cür şəraitin yaradıldığını qeyd edərək deyib:

“Azərbaycanda yeni dağ-xizək kurortları açılıb. Onlardan biri – “Şahdağ” Rusiya sərhədinin yaxınlığında yerləşir. Qəbələdəki “Tufandağ” dağ-xizək kurortunda həm təzə başlayanlar, həm də təcrübəlilər üçün bir neçə eniş var. Qəbələnin özündə çox gözəl otellər var. Bu şəhərdən Moskvaya birbaşa reyslər həyata keçirilir”.

Sorğunun yekununa əsasən Azərbaycan, həmçinin “Qastronomik turizm” nominasiyası qaliblərinin üçlüyünə daxil olub.

Hər il keçirilən “Ən yaxşı turizm istiqamətləri” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, habelə yeni turizm marşrutlarının açılmasını stimullaşdırır.

Onlayn səsvermə iyunun 29-dan 31-dək 18 nominasiyada keçirilib. Azərbaycanla yanaşı, Tailand “Çimərlik istirahəti”, Xorvatiya “Ailəvi istirahət”, İsveçrə “Dağ-xizək istirahəti”, Çin “Ekskursiyalı istirahət”, İtaliya “Aqroturizm”, Cənubi Koreya “Sağlamlıq istirahəti”, Malayziya “Ekoistirahət”, Yeni Zelandiya “Macəralı istirahət”, Yamal-Nenets Muxtar Dairəsi “Rusiya turizmi”, Fransa “Qastronomik turizm”, Efiopiya “Ekzotik istirahət” nominasiyalarının qalibi olub. Bundan başqa, səsvermə çərçivəsində “Ən yaxşı aviaşirkət” – “Turkish Airlines”, “Ən yaxşı Rusiya aviaşirkəti” - “S7 Airlines”, “Ən yaxşı otel şəbəkəsi” – “Anantara”, “Ən yaxşı çimərlik oteli” - Seyşel adalarındakı “Maia Luxury Resort & Spa”, “Ən yaxşı internet-servis” – “Kayak.ru”, “Səyahətlər haqqında ən yaxşı veriliş” – “Pyatnitsa” telekanalının “Mir naiznanku” verilişi olub.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *