Türkiyədən “Qazprom”a TƏKLİF
Türkiyə “Qazprom”a “Türk axını” qaz kəməri layihəsinin texniki aspektlərinin müzakirəsini davam etməyi təklif edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika və təbii sərvətlər naziri Əli Riza Alaboyun bildirib.
“Biz “Qazprom”a “Türk axını” layihəsi üzrə texniki danışıqların davamına dəvət barədə məktub göndrəmişik. Arbitraja müraciətə gəldikdə isə, biz məhkəmədən Rusiya qazına 10,25% həcmində endirim istəmişik”, - o, deyib.
Türkiyənin Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Uğur Alıcı TASS-ın müxbirinə türk tərəfinin “Qazprom”a danışıqların davamı barədə təklif göndərdiyini təsdiqləyib, bununla əlaqədar digər təffərrütaları açıqlamayıb.
Hal-hazırda “Türk axını” üzrə danışıqlar dayandırılıb. Tərəflər bir sıra müddəalar üzrə razılığa gəlməyiblər. Hal-hazırda boru kəmərinin yalnız Türkiyənin ehtiyacları üçün nəzərdə tutulan və ildə 16 milyard kub metr qaz alacaq bir qolunun inşaatının perspektivi müzakirə edilir.
Qeyd edək ki, oktyabrın 26-da BOTAŞ neft-qaz şirkəti 2014-cü ilin dekabr ayının 29-da alınan Rusiya qazına endirimlərə dair məsələnin tənzimlənməsi üçün beynəlxalq arbitraja müraciət edib. Tərəflər müvafiq razılaşmanı imzalamalı idilər, belə ki, endirim haqqında artıq razılıq əldə edilmişdi, amma sənədlər imzalanmamışdı.
Mənbə:> Oxu.Az