Daha bir şəhərdə əmək yarmarkası keçiriləcək
Noyabrın 6-da Mingəçevirdə əmək yarmarkası keçiriləcək.
Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Oxu.Az-a bildirilib.
Nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Bundan başqa, nazirlikdən qeyd edilib ki, təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq.
Mənbə:> Oxu.Az