İşsizlərin nəzərinə!
2015-ci ilin sentyabrın 4-də Samux və Quba rayonlarında əmək yarmarkaları keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Nazirliyin məlumatına görə, yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin 8 ayında Azərbaycanın rayon və şəhərlərində ümumilikdə 23 əmək yarmarkası keçirilib.
Mənbə:> Oxu.Az