Mərkəzi Bank: Kredit kartlarından istifadə azaldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank: Kredit kartlarından istifadə azaldı

Mərkəzi Bank: Kredit kartlarından istifadə azaldı


2015-ci ilin oktyabrın 1-nə olan məlumatına görə, kredit kartlarının ümumi sayı cari ilin əvvəli ilə müqayisədə 13% azalaraq 1 milyon 133 min ədəd təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) III rübün 1-ci nəticələrinə həsr olunan statistik göstəricilər bülletenində qeyd edilib.

AMB-dən qeyd edilib ki, bu müddətdə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayında 5,3% azalma müşahidə olunub.

Hesabata əsasən, ödəniş kartlarının 42%-i və ya 2 milyon 386 min ədədi sosial kartlar, 26%-i və ya 1 milyon 471 min ədədi əmək haqqı kartları,11,6%-i və ya 657 min ədədi digər debet kartları, 20,1%-i və ya 1 milyon 133 min ədədi isə kredit kartlarının payına düşüb.

AMB –dən onu da bildiriblər ki, ilin əvvəli ilə müqayisədə sosial kartların sayında 1,7% azalma, əmək haqqı kartlarında isə 1,9% artım qeydə alınıb.

Bundan başqa, bankdan qeyd ediblər ki, sentyabr ayında ölkədə kredit kartları ilə ümumilikdə 179 milyon manat həcmində 1 milyon 462 min əməliyyat həyata keçirlib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *