Mərkəzi Bank ofis tikməyə pul tapmır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank ofis tikməyə pul tapmır

Mərkəzi Bank ofis tikməyə pul tapmır


Tikinti üçün Heydər Əliyev prospektində ayrılmış torpaq sahəsi hələ də boşdur

Nazirlər Kabinetinin sərəncamı ilə 2011-ci ildə Mərkəzi Bankın (AMB) yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə paytaxtın Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi ayrılıb. Ərazidə olan əməkdaşımız müşahidə edib ki, burada tikinti işi aparılmır. Mühafizəçilər tikinti işinin nə zaman başlayacağından xəbərsiz olduqlarını bildirdilər.

Mərkəzi Bank ofis tikməyə pul tapmır


Həmin ərazidə olan məlumat lövhəsində göstərilir ki, tikinti işləri 29.08.2011-ci il tarixdə başlamalı və 17.07.2015-ci il tarixdə yekunlaşmalıdır. Bankın yeni inzibati binasının baş layihəçisi Avstriya şirkətidir. Söhbət "COOPHIMMELB (l)AU" şirkətindən gedir. Yerli partnyor "AzərinşaatLayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutudur. Baş podratçı təyin olunmayıb. Sub-podratçı "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətidir. 32 mərtəbədən ibarət olacağı planlaşdırılan obyektin hündürlüyü 141 metrdir. Nəzərə alsaq ki, hündürlüyü 126 metr olan Dövlət Neft Fondunun binası 85 milyon manata başa gəlib, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi gözlənilir.

Məsələ ilə əlaqədar AMB-yə sorğu göndərilib. Mərkəzi Bank yeni inzibati binanın tikilməsi üçün nə qədər vəsaitin lazım olması, tikinti işinin dayandırılma səbəbi və işlərin nə zaman başlayacağı suallarını cavabsız qoyub.

Xatırladaq ki, Mərkəzi Bank yeni inzibati bina ilə bağlı 2011-ci ildə məlumat yayıb. Məlumatda bildirilir ki, hazırkı inzibati bina 1998-ci ildə tikilərək istifadəyə verilib. O dövr üçün bina 200 nəfər əməkdaş üçün nəzərdə tutulub. Tədqiqatlar və İnkişaf Mərkəzinin, Kredit Reyestri Xidmətinin fəaliyyətə başlaması, Kommunikasiya və Strateji idarəetmə problemləri ilə məşğul olan departamentlərin yaradılması Mərkəzi Bankda yeni idarəetmə vahidlərinin yaranması nümunələrindəndir. Ötən dövr ərzində Mərkəzi Bankın əməkdaşlarının sayı artaraq 500 nəfəri ötüb və bu rəqəmin gələcəkdə daha da artması gözlənilir.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *