FHN tikinti şirkətini məhkəməyə verib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

FHN tikinti şirkətini məhkəməyə verib

FHN tikinti şirkətini məhkəməyə verib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Göhər” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, FHN-in qurumu müqavilə üzrə ödənilməmiş borcun tutulmasını tələb edir. İddia olunan borcun məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

“Göhər” şirkəti isə çoxmərtəbəli bina tikintisi ilə məşğul olur.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *