Azərbaycandan olan milyarderlər Rusiyada okeanariumun tikintisindən imtina etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycandan olan milyarderlər Rusiyada okeanariumun tikintisindən imtina etdilər

Azərbaycandan olan milyarderlər Rusiyada okeanariumun tikintisindən imtina etdilər


Yaxın vaxtlarda Rusiyanın Sankt-Peterburq şəhərində okeanarium tikilməyəcək. İnvestor Kupçinoda əyləncəli-maarifləndirici mərkəzin inşasından imtina edib, Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Moskvanın "Optima" şirkətinin rəhbərləri Qod Nisanov və Zarax İliyev (Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbə kəndindəndirlər) okeanariumun tikintisi layihəsinin işlənilməsini dayandırmaq qərarına gəliblər.

Bu mərkəzi Beynəlmiləlçilər parkının keçmiş ərazisində tikmək planlaşdırılırdı. Bunun üçün 2015-ci ildə investorlara 3,6 hektar ərazi ayrılmışdı. Layihənin dəyəri 3,5 mlrd. rubla bərabər idi.

Bu pula dəniz muzeyi, okeanarium və kinoteatrın daxil olduğu möhtəşəm kompleks tikilməli idi. Bir neçə hovuzu delfinlər, lamantinlər, tısbağa və hətta timsahlarla doldurmaq nəzərdə tutulurdu. Kompleksin 2017-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.

Sankt-Peterburqun abadlaşdırma komitəsinin sədr müavini Viktor Şabnov investorun layihədən imtina etdiyini açıqlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *