Azərbaycanlı devalvasiya qərarına görə Mərkəzi Bankı məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Azərbaycanlı devalvasiya qərarına görə Mərkəzi Bankı məhkəməyə verdi

Azərbaycanlı devalvasiya qərarına görə Mərkəzi Bankı məhkəməyə verdi


Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib.

AzNews.info “Report”-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən vətəndaş Sərvan Kərimov Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.

O, bu il fevralın 20-dən 21-nə keçən gecə vurulan 13 423 ABŞ dolları və 4 000 ABŞ dolları mənəvi zərərin, yəni cəmi 17 000 ABŞ dolları miqdarında pul vəsaitinin cavabdehdən tutularaq ona ödənməsi tələbini irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Məhkəmə qərarından narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Bununla da Azərbaycan manatı 33,4 faiz ucuzlaşıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *