Hacı İbrahim borca görə məhkəməyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hacı İbrahim borca görə məhkəməyə verildi

Hacı İbrahim borca görə məhkəməyə verildi


“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta” konserni Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, ASC borcun qaytarılması barədə tələb irəli sürüb.

İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Avesta” konserninin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta” konserni çoxmərtəbəli yaşayış binaların və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən “Bakı Mexanikləşdirmə” şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *