Azərbaycanda daxili turizmlə bağlı son vəziyyət » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda daxili turizmlə bağlı son vəziyyət – MÜSAHİBƏ

Azərbaycanda daxili turizmlə bağlı son vəziyyət


Oxu.Az-ın Azərbaycan Turizm Assosiasiyasının daxili turizm komitəsinin rəhbəri Kənan Hənifəyev ilə müsahibəsi.

- Kənan bəy, hazırda Azərbaycanda daxili turizmlə bağlı vəziyyət nə yerdədir?

- Azərbaycanda hal-hazırda daxili turizmlə bağlı vəziyyətdə mövsüm ilə əlaqədar olaraq passivlik nümayiş olunur.

Bildiyiniz kimi yay mövsümü başa çatdığına görə və havaların qeyri-sabit olması nəticəsində lokal turistlərimizin ümumi olaraq həftə sonu turlarında iştirakı yay mövsümünə baxdıqda 40-50% enib.

Onu da bildirim ki, 2014-cü ilin sentyabr-oktyabr ayları ilə müqayisədə bu ilin cari aylarında turistlərimiz aktivlik nümayiş göstərir. Hal-hazırda əsasən Qəbələ və Şəki istiqamətində turlar baş tutur. Həmçinin bayram günlərində 2 və 3 günlük olaraq şimal və şimal-qərb istiqamətində istirahətlərini təmin edirlər.

- Builki mövsümü necə xarakterizə etmək olar? Azərbaycanlıların regionlarda istirahətə marağı hansı şəkildə idi?

- Builki mövsüm turizm şirkətləri üçün məhsuldar alındı, bildiyiniz kimi Avropa Oyunları zamanı turistlərimiz əsasən həftə sonlarını regionlarda keçirdiblər və xarici turistlərlə birgə xoş istirahətlər ediblər.

Həmçinin bu il regionlarda xidmətin artırılmasıda müşahidə edilib ki, bu da müsbət hallardan biridir. Bu mövsüm həmçicinin Qafqaz turu ilə əlaqədar olaraq 2 gecə 3 gün, 3 gecə 4 gün həm daxili regionlarda turlar baş tutub həmçinin isə Azərbaycan daxili və multitur olaraq Gürcüstan ərazisində turlar baş tutub.

Bu mövsümlə əlaqədar olaraq daxili turlarda həm qış mövsümü, həmdə yay mövsümü ilə əlaqədar böyük narazılı olmayıb və turistlər şirkətlərinin xidmətindən faydalanaraq öz istirahətlərini ediblər.

- Bəzi vətəndaşlarımız bildirir ki, digər qonşu ölkələrdə daha ucuz və keyfiyyətli istirahət əldə etmək olar. Bu barədə fikirlərinizi bilmək istəyirəm, Azərbaycanda daxili turizm onların da bildirdiyi kimi xarici turistlərə hesablanıb?

- Bəzi vətəndaşlar hər zamankı kimi ölkə turizminə aid öz iradlarını bildirəcək və bunu normal hal kimi qiymətləndiririk. İrad, tənqid, narazılıq olmadığı halda inkişaf olmaz.

Nəzərinizə çatdırım ki, vətəndaşların müqayisəsində daxili turizm lokal turistlər üçündür, gəlmə turizm isə xarici turistlər nəzərdə tutulub. Xarici turistlərə göstərilən xidmət yerli turistlərin xidmətindən müəyyən qədər baha olur.

Həm də ki xarici turist ölkəyə gəlməmişdən öncə qiymətlərlə tanış olur turpaketinin qiymətini bəlli etdikdən sonra ölkəmizə təşrif buyurur.Müəyyən potsovet ölkələrinə baxdıqda ola bilər ki bizim gəlmə turizm baha ola bilsin buda infrastrukturdan və xidmətlərdən aslıdır.

Amma buna baxmayaraq yerli və xarici turistlərimiz üçün endirimli ucuz turpaketlərdə mövcüddur amma bu tur paketlərdə şərait və ya xidmətdə bir qədər axsamalar ola bilər. Ən çox vətəndaşlar bizim turizmimizin qiymətlərini Gürcüstanla müqayisə edirlər.

Bəli qonşu ölkədə qiymətlər aşağıdır... Amma siz turpaketi alıb getdiyiniz zaman görəcəksiz ki, otel keyfiyyəti və xidməti bizdən aşağıdır, sadəcə qonşu ölkə turizmində otel xidmət və ekskurisyalardan başqa şəhərdə qiymətlərin ucuz olması turistlərin xoşuna gəldiyi üçün bu ölkəyə istirahətlərini yönləndirirlər.

Bizim turistlərimizi əsasən dəniz turizmi daha çox cəlb edir ki, əsasən qonşu ölkə Gürcüstan və Türkiyəyə səfərlər edirlər. Bizdə digər qonşu ölklərin turizm praktikasında yararlanıb həmçinin öz turizm konsepsiyamıza uyğun olaraq əsas məqsədlərimizdən biri ölkəmizə coxlu turistləri gətirməkdir.

- Kənan bəy, Azərbaycanda daxili turizmin gələcəyini necə görürsüz?

- Azərbaycanda daxili turizmin gələcəyini müsbət şəkildə görürəm. 5-7 ildən bundan öncə daxili turizm maraq aşağı səviyyədə idisə indi maşallah, vəziyyət tam dəyişib və inkişafı danılmazdır. Daxili turizm inkişafı üçün əsasən yerli turizmi bilən menecerlərin hazırlanması regionlarda turizmə maraq olan gəncləri dəvət etməklə və həmçinin müştərilərlə xidmətlərlə əlaqədar mütəmadi təlim treyninqlərin keçirilməsi inkişafı daha da sürətləndirəcək.

Daxili turizmin gələcəyi üçün ölkəmizdə hər şey var. Yaşıllıq, dağ, meşə, dəniz, tarix, mədəniyyət, mətbəx, infrastruktur, otellər, münbit hava şəraiti. Sadəcə əldə olan resursları düzgün və peşakarcasına istifadə etmək qalir. Bu işdə sadə sahibkardan tutmuş tələbəyə kimi dəstək iş birliyi qurulmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2015-ci ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib.

Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2%və ya 45 984 nəfər artım deməkdir. Quba – Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı – İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Nə üçün xarici turistlər əsasən Şamaxı-İsmayıllı, yerli turistlər isə Quba-Xaçmaz regionuna üstünlük verir?

- Yerli turistlərimizin statistikaya uyğun olaraq Quba-Xaçmaz istiqamətinə səyahət etmələrinin əsas səbəbi əsasən qış mövsümündə orada olan Şahdağ qış-yay turizm kompleksinin fəaliyyət göstərməsi ilə bağlıdır. Həmçinin bu istiqamət, məsafə olaraq Bakıya yaxın olduğu üçün turistlər üçün rahatdır.

Həmçinin ötən illərə baxdıqda 5-7 il bundan öncə daxili turizmdə iki-üç populyar marşurut mövcüd idi bunlardan da Quba və Şamaxı ən aktualı idi. Xaricilərin əsasən Şamaxı - İsmayıllı ərazisində olması əsasən regionun tarixi və təbiəti ilə əlaqənləndirilir.

Şamaxnın füsünkar dağlıq zonasında olan təbiəti xarici turistlərin zövqünə oxşayır həmdə məsafə baxımdan daha yaxındır. İsmayıllıda isə əsasən Lahıc qəsəbəsinə gedən xarici qonaqların sayı coxdur. Onlar bu ərazi haqda öz ölkələrində olduğu halda məlumatlanırlar.

- Qurban bayramı yerli turist sayının artımına necə təsir göstərdi?

- Qurban bayramında əsasən regiondakı otellərin endirimli bayram paketlərini təqdim etməsi turistlərimizin həm regiona, həm də avtobus turundan istifadə edərək qonşu ölkə Gürcüstana səfər etmələri ilə nəticələndi. Əsasən Qurban bayramı ilə əlaqədar şirkətlərin tur marşrutları Şəki-Qax-Zaqatala və Gəncə-Göygöl-Toğanay istiqamətlərində olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *