İqtisadi böhran Braziliyanı Olimpiadada qənaət etməyə məcbur etdi
Braziliya 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarının büdcəsini 30% ixtisar edəcək, Oxu.Az 24.kz-ya istinadən xəbər verir.
Məsələn, Rio-de-Janeyroda açılış mərasimi Böyük Britaniyada keçirilən Olimpiada-2012-də xərclənmiş məbləğin onda birinə başa gələcək.
Təşkilatçılar qeyd ediblər ki, ixtisarlar tədbirlərin keçirilməsində əksini tapmayacaq. Onların sözlərinə görə, buna səbəb iqtisadi böhran olub. Bundan başqa, hakimiyyət yeni kütləvi etiraz aksiyaları istəmir.
Yay Olimpiya oyunları Braziliyada gələn il keçiriləcək. Bu yarışlarda dünyanın müxtəlif ölkələrindən 15 min idmançı iştirak edəcək.
Mənbə:> Oxu.Az