Rio 2016 Yay Olimpiya Oyunlarının məşəli təqdim olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Dünya, Video

Rio 2016 Yay Olimpiya Oyunlarının məşəli təqdim olunub – VİDEO

Rio 2016 Yay Olimpiya Oyunlarının məşəli təqdim olunub


2016-cı il Olimpiya Oyunlarının icraiyyə komitəsi Olimpiya məşəlinin dizaynını təqdim edib. "Onun dizaynı Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək Braziliya xalqının hərarəti ilə məşəlin görüşünü əks etdirir", - turnirin saytında yerləşdirilən məlumatda belə deyilir.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, Braziliyanın 26 ştatının paytaxtına səfər edəcək məşəlin keçəcəyi marşrut da müəyyən olunub. Ümumilikdə 500 şəhərdən keçməsi nəzərdə tutulan məşəl onların 300-də dayanacaq. Marşrut Olimpiya məşəlini maksimal dərəcədə insanın görməsinə hesablanıb. 2016-cı ilin mayında yola çıxacaq məşəli 100 günlük səfəri ərzində 12 minədək insan daşıyacaq. Onların hər biri təxminən 200 metr yol qət edəcək.

Ənənəyə görə, Yunanıstanda yandırılacaq alov 20 min kilometrə qədər yerüstü və təxminən 10 min mil hava yolu keçəcək.

Xatırladaq ki, 2016-cı il yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək Rio-de-Janeyro və Brazilia şəhərlərində təşkil olunacaq.


Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *