"Azərenerji" işçilərinin maaşını verə bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

"Azərenerji" işçilərinin maaşını verə bilmir

"Azərenerji" işçilərinin maaşını verə bilmir


"Azərenerji" ASC-də işçilərin əmək haqlarının ödənilməsindəki problemlər dərinləşir.

Bakıda şirkətin işçilərindən biri "Turan"a bildirib ki, hələ avqust ayının maaşını almayıblar. ASC-nin digər regional şöbələrinin işçiləri agentliyə bildiriblər ki, adətən əmək haqları ayın ilk günlərində kredit kartlarına ödənilirdi. Amma devalvasiyadan sonra may ayından maaşı ayın üçüncü ongünlüyündən ödəməyə başlayıblar. İndi isə maaş almayıblar.

Şirkətdə bu fakt üzrə şərh almaq mümkün olmayıb.

Milyardlarla investisiyalara baxmayaraq "Azərenerji" özünü səmərəsiz şirkət kimi göstərib. Onun aldığı yanacağa görə SOCAR-a borcu son 3 ildə yarım milyard manata çatıb. ASC-yə dəstək üçün Nazirlər Kabineti 31 dekabr, 2020-ci ilə kimi "Azərenerji"nin regional paylayıcı şəbəkələrinin vergi borcunun ödənilməsinin təxirə salınması barədə qərar qəbul edib. Bu şəbəkələr yayda "Azərişıq" ASC-nin balansına verilib.

Fitch Ratings reytinq agentliyi iyunda qeyd edib ki, manatın 34% devalvasiyası "Azərenerji"nin kredit qabiliyyətini azaldır. Səbəb borcla gəlir arasında valyuta uyğunluğunun olmamasıdır. 2014-cü ilin sonunda şirkətin borcunun 80%-i xarici valyuta ilə idi. Amma gəlirlərin hamısı milli valyuta ilədir.

Şirkətin aktivləri problemlidir. Bunun aradan qaldırılması üçün 2015-2017-ci illərdə 2 milyard manat tələb olunur. Yaxın 3 ildə şirkətin pul gəlirləri iki dəfə azalaraq 2011-2014-cü illərdə 230 milyon manatdan 2015-2018-ci illərdə 125 milyon manata düşəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *