İran Türkiyədən kömək istəyir » AzNews.info -Xəbər portalı

İran Türkiyədən kömək istəyir – FOTO

İran Türkiyədən kömək istəyir


İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Türkiyə ərazisində yerləşən Van gölünün suyundan istifadə edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə gölün xilası məqsədi ilə yaradılan komissiyanın üzvü İsa Kəlantəri deyib.

Onun sözlərinə görə, əvvəlcə hər iki gölün suyunun bir birinə uyğun olub-olmamasını yoxlamaq üçün laborator analizlər aparılacaq. Daha sonra iki ölkə arasında texniki və siyasi müzakirələr başlayacaq.

İsa Kəlantəri Gürcüstandan Urmiya gölünə su nəql edilməsinində planlanlaşdırıldığını desə də, bunun o qədər də real olmadığını vuğulayıb.


İran Türkiyədən kömək istəyir
Van və Urmiya gölləri arasında məsafə

Bir müddət əvvəl isə Urmiya gölünün suyunun çoxaldılması üçün Ermənistanda yerləşən Göyçə gölünün suyundan istifadə ediləcəyi iddia edilirdi. Bu barədə iddianı İran KİV-ləri yaymışdı.

Hətta Ermənistanın ekologiya naziri Aramais Qriqoryan məsələnin ciddiliyini nəzərə alıb və mətbuatda dərc olunan məlumatla bağlı açıqlama verib.

Nazir deyib ki, Sevan (Göyçə) gölünün təmiz suyunun İrana axıdılması fikri tamamilə cəfəngiyatdır. Belə bir ideya, plan yoxdur və ola da bilməz.

Onun sözlərinə görə, İran KİV-ləri səhv informasiya yayıb və ermənidilli mətbuat orqanları bunu şişirdiblər. Nazir İranla belə razılaşmanı istisna edib.


İran Türkiyədən kömək istəyir
Aramais Qriqoryan - Ermənistanın ekologiya naziri

Jurnalistlər isə "əgər bu məsələ birdən aydınlaşarsa, doğru olarsa, yəni gizli razılaşma üzə çıxarsa, o istefaya verəcəkmi" sualına cavab verməyib.

Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. İranın ən böyük gölü sayılır. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın nəvəsi Hülakü xanın qəbri var. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.


İran Türkiyədən kömək istəyir
Van gölü

Urmiya gölünün iqtisadi dəyərləri də böyükdür. Bu hövzə, Cәnubi Azərbaycanın torpaqlarının beşdə birini yәni 20%-ini, və münbit torpaqları olan,ən yaxşı və dəyərli əkin bölgələrindən sayılır. Gölün 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu təxmin olunur. İndilikdə Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin әn mühüm materialının ixracı ilə məşğuldur. Bu zavod gölün sakinlәri üçün mühüm tәhlükә mәnbәyidir, әtraf mühiti zәhәrlәyir vә gölü çirklәndirir.


İran Türkiyədən kömək istəyir
Göldə illər keçdikcə müşahidə olunan quruma

Bir sözlə, Urmiya gölü ətrafında baş verən ekoloji fəlakət nəticəsində 600 min əhali bölgədən köçüb, orada qalıb yaşayanlar arasında yoxsulluq artıb. Bu barədə BMT -nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin ötən il yaydığı yeni hesabatda məlumat verilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *