Nəqliyyat sektoruna ayrılacaq vəsaitlər açıqlandı
2016-cı ilin büdcə proqnozunda Azərbaycanın nəqliyyat və rabitə sektoruna 114 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin hazırladığı büdcə proqnozunda bildirilir.
Bundan başqa, sənəddə qeyd olunur ki, 2016-cı ilə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri 290 mln. manat təşkil edəcəkdir.
Mənbə:> Oxu.Az