İqtisadiyyata investisiya qoyuluşunun həcmi açıqlandı
2015-ci ilin I rübündə ölkə iqtisadiyyatına investisiya qoyuluşu 3% artaraq, 3.2 milyard manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.
Yanvar-mart aylarında neft sektoruna 1.5 milyard manat, qeyri-neft sektoruna 1.7 milyard manat həcmində investisiyalar yönləndirilib.
Qeyd edək ki, əsas kapitala yönləndirilmiş investisiyaların 54.7 %-i (1.8 milyard manat) daxili mənbələr, 45.3%-i (1.4 milyard manatı) xarici mənbələr hesabına formalaşıb.
Mənbə:> Oxu.Az