Azərbaycanda iki yeni dəmiryol deposu tikiləcək
“Azərbaycan Dəmir Yolları” QSC iki yeni dəmiryol deposunun tikintisi üçün mühəndis şirkətləri ilə işləyir.
AzNews.info xəbər verir ki, bunu Trend-ə “Alstom Transport” şirkətinin Rusiya və MDB üzrə direktoru Marten Vojur deyib.
Onun sözlərinə görə, deponun biri Bakının Biləcəri qəsəbəsində, ikincisi isə Gəncədə tikiləcək.
M.Vojur qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırılması təqribən sentyabr-oktyabrda hazır olmalıdır və bundan sonra tezliklə hər iki obyektdə eyni vaxtda tikinti işləri başlayacaq:
“Bu depoların tikintisi “Stadler” qatarları və “Alstom” dizel teplovozlarını istismar etməyə və onlara xidmət göstərməyə imkan verəcək”.
Mənbə:> Trend