Mehriban qonşular arasında bölünəcək balqabaq » AzNews.info -Xəbər portalı

Mehriban qonşular arasında bölünəcək balqabaq – FOTO

Mehriban qonşular arasında bölünəcək balqabaq


Quba rayonunun Zərqova kənd sakini Nadir Qədimov həyətyanı sahəsində 49 kiloqramlıq balqabaq yetişdirib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, təsərrüfatçı həyətyanı sahəsində şəxsi istifadəsi üçün uzun illər bostan bitkiləri becərsə də, ilk dəfədir bu böyüklükdə balqabaq yetişdirməyə nail olub.

Həmişəki kimi, bu dəfə də adi balqabaq toxumu əkdiyini deyən Nadir Qədimov tağlara qulluq zamanı bitkinin sürətlə böyüdüyünü müşahidə edib. Təsərrüfatçı bostan bitkisinin yetişdirilməsi zamanı heç bir kimyəvi preparatdan istifadə etməyib.
Çəkisi 49 kiloqram olan balqabağın çevrəsinin uzunluğu 1,8 metrdir, onu iki adam yerindən çətinliklə qaldıra bilir.

Nadir Qədimov yetişdirdiyi qeyr-adi balqabağı mehriban qonşuları ilə bölüşdürmək niyyətindədir.


Mehriban qonşular arasında bölünəcək balqabaq
Mehriban qonşular arasında bölünəcək balqabaq

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *