Azərbaycan Boeing-i Almaniyada texniki baxışdan keçdi – VİDEO
Frankfurt-han aeroportunda yerləşən Texniki baxış və təmir (TBvT) üzrə alman operatoru Haitec Aircraft Maintenance, ilk dəfə Boeing 747-400F təyyarəsinin öz D-check-ini keçirib.
Oxu.Az İşgüzar aviasiya portalının saytına istinadən xəbər verir ki, söhbət Azərbaycanın Silk Way West Airlines daşıyıcısına məxsus yük təyyarəsindən gedir. Təyyarə 32 gün ərzində texniki baxışın ağır formasını keçib.
Haitec-in rəhbəri Frank Rottun sözlərinə görə, şirkətin mütəxəssisləri qısa zamanda D-check keçiriblər. Orta hesabla bu proses minimum beş həftəyə keçirilir və üzə çıxan nasazlıqlardan asılı olaraq üç aya qədər çəkə bilər. D-check keçirildiyi zaman Haitec mütəxəssisləri 800-ə yaxın çatışmazlıq akşar edib aradan qaldırıblar, eləcə də 3,2 min plan işləri yerinə yetiriblər.
Haitec 2008-ci ildə yaradılıb və bu gün dünyada 50-dən çox müştəriyə xidmət edir. Təşkilat Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Azərbaycan və Bermud adalarının aviasiya rəhbərləri tərəfindən bəyənilib. Frankfurtda yerləşən bazasında Boeing və Airbus təyyarələrinin, eləcə də Gulfstream biznes-cetlərinin TBvT-ni yerinə yetirir.
Mənbə:> Oxu.Az