Gürcüstanın baş naziri: BTQ-nın tikintisi başa çatmaq üzrədir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Gürcüstanın baş naziri: BTQ-nın tikintisi başa çatmaq üzrədir

Gürcüstanın baş naziri: BTQ-nın tikintisi başa çatmaq üzrədir


Xəzər regionundan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir.

Oxu.Az “Vzqlyad.ru”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Ambassadorial-2015” forumunda çıxışı zamanı deyib.

“Biz biznesin azad aparılması üzrə dünya reytinqində 15-ci pillədəyik, azad iqtisadiyyat əmsalı üzrə 22-ci, rüşvətxorluğun olmamasına görə 22-ci yerdəyik”, - o qeyd edib.

İrakli Qaribaşvili hesab edir ki, bu, Gürcüstana “Avrointeqrasiya ilə paralel olaraq” Avrasiya qitəsində yeni əməkdaşlıq səviyyəsinə çıxmağa imkan verəcək.

“Paralel olaraq Çin, Asiya, Yaxın Şərq ölkələri ilə də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək lazımdır, bu, düzgün istiqamətdir, bunu nəzərdən keçirmək lazımdır” - o qeyd edib.

O həmçinin oktyabr ayında ölkədə yüksək səviyyəli “Böyük İpək Yolu” forumunun keçiriləcəyini açıqlayıb.

Qaribaşvili vurğulayıb ki, tranzit ölkə kimi Gürcüstanın “rolu mühümdür”, ona görə də “regional xab olmaq üçün real potensial var”.

İ.Qaribaşvili xatırladıb ki, bu ilin fevralında ilk yük qatarı Çindən Gürcüstan vasitəsilə Avropaya gedib.

“Bu, Gürcüstan, Azərbaycan, Özbəkistan və Çinin iştirakı ilə həyata keçirilən “Böyük İpək Yolu” layihəsinin bir parçasıdır”, - İrakli Qaribaşvili bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *