Ulukayev: Rusiya iqtisadiyyatı “dibə çatdı”
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin (İİN) rəhbəri Aleksey Ulukayev bəyan edib ki, Rusiya iqtisadiyyatı “dibə çatıb”, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Onun sözlərinə görə, 2015-ci ilin dördüncü rübünün yekunları üçüncü rübün yekunlarından daha yaxşı olacaq.
Bu proqnoza baxmayaraq İİN qeyd edir ki, Rusiyanın iyul ayında ÜDM-nin azalmasını illik ifadədə iyunun 4,2%-dən 4,6%-ə qədər sürətlənib. Nazir qeyd edib ki, aylıq dinamika sıfıra bərabərdir.
“Əgər mövsümdən azad aya nəzərən bir ayda göstərici sıfır idisə, iyunda sıfıra yaxın -0,1, iyulda isə sıfıra yaxın +0,1 idi. Bu, çox kövrək məqamdır, biz dibdəyik, və yaxud bunu hərəkət adlandırmaq olar”, - o izah edib.
2015-ci ilin birinci yarımilliyinin nəticələrinə görə, Rusiyada ÜDM-nin azalması 3,4%-dən ibarət olub.
Mənbə:> Oxu.Az