Dünyanın ən nəhəng iqtisadiyyatı geriləyir
Çinin xarici ticarət həcmi son bir neçə ay ərzində düşməkdə davam edib.
ANS PRESS-in məlumatına görə, "JP Morgan" may ayında Çin Xalq Respublikasından ixrac 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə dollar hesabı ilə 2,5 faiz azaldığını xəbər verib.
Ölkənin əmtəə ixracının həcmi sön 3 ayda azalmaqdadır. Bununla belə ixracın azalması təhlilçilərin proqnozundan daha az olub. İqtisadçılara görə, azalmanın həcmi 5 faiz ətrafında təhmin edilirdi.
Lakin idxalın azalması proqnozları üstələyərək 10% təşkil edib. Son 7 ay ərzində Çinə əmtəə idxalı ardıcıl olaraq azalmaqdadır - idxalın həcmi may ayında dollar hesabı ilə keçən ilin müvafiq dövrü ilə müqayisdədə 17,6 faiz azalıb. Təhlilçilərinə əsasən, çətin ki Çin höküməti 2015-ci ildə qarşısına qoyduğu xarici ticarət həcminin 6% artımına nail olmaq məqsədinə çatsın.
Hökümətin istehlakı artırmaq cəhdlərinə baxmayaraq, Çinin daxili bazarında tələbat aşağı səviyyədə qalmaqdadır
Qeyd edək ki, Çin Mərkəzi Bankı may ayında son yarım ildə üçüncü dəfə bank kredit faizini azaldaraq 5,1 faiz səviyyəsində müəyyən edib.
Mənbə:> ANSPRESS