Putinin adamları Qərbi mat qoyur » AzNews.info -Xəbər portalı

Putinin adamları Qərbi mat qoyur

Putinin adamları Qərbi mat qoyur


Cəmi iki ay əvvəl Qərbdə Rusiya iqtisadiyyatını ölüm ayağında olan xəstəyə bənzədirdilər və hesab edirdilər ki, rublun kəskin dəyərdən düşməsindən, neftin kəskin ucuzlaşmasından, makroiqtisadi göstəricilərin pisləşməsindən və sanksiyalardan sonra iqtisadi böhran qaçılmazdır.

Qərb mediası, ekspertləri bir ağızdan deyirdilər ki, Rusiya iqtisadiyyatı çökür və ola bilsin bir neçə il ərzində özünə gələ bilməyəcək.

Lakin belə görünür ki, Rusiyanın dağılacağı haqda proqnozlar verən Qərb yastrebləri növbəti dəfə yanılıblar. Rusiya iqtisadiyyatı nəinki dərin böhrana yuvarlanmayıb, üstəlik böhranın astanasından möcüzəli şəkildə dönməyə və hətta dirçəlməyə başlayıb.

Ötən həftə elan edilib ki, Rusiya Mərkəzi Bankının rezervləri ötən ilin iyul ayından sonra ilk dəfə artır. Bu isə o deməkdir ki, rublun ucuzlaşması ilə başlayan panika arxada qalıb və makroiqtisadi göstəricilər yaxşılaşır. Rublun dollara nisbətən son iki ayda 19 faiz dəyər qazanması da təsdiq edir ki, nə sanksiyalar, nə də neftin ucuzlaşması Rusiya iqtisadiyyatını, Qərbdə təxmin etdikləri kimi Vladimir Putinin rejimini çökdürə bilmir.

Rusiya Mərkəzi Bankı valyuta rezervlərinin dörddə birini ötən ilin iyul ayından dekabr ayına qədər rublun kursunu stabil saxlamaq üçün xərcləməli olmuşdu.

Lakin dekabr ayında Mərkəzi Bankın rəhbəri Elvira Naibullina rublu dəstəkləmək üçün dövriyyəyə valyuta ehtiyatlarından dollar buraxmağı dayandırdı. Baxmayaraq ki, Mərkəzi Bankın rəhbərliyində yer alan digərləri Naibullinanı təcili bazara müdaxilə etməyə çağırmışdılar. Lakin Mərkəzi Bankın rəhbəri riskli qərar verdi və rublu dəstəkləməkdən imtina etdi.

O vaxt Naibullinanın bu qərarı iqtisadi çevrılərdə kəskin tənqid olunurdu və hesab edilirdi ki, Mərkəzi Bankın rublu sərbəst buraxması ölkəni qaçılmaz defolta aparır.

Buna baxmayaraq prezident Putinin xüsusi etimadını qazanan Mərkəzi Bank rəhbəri öz qərarında qaldı. Və çox keçmədi ki, onun taktikası özünü doğrultmağa başladı. İndi Mərkəzi Bankın rublu dəstəkləmək üçün valyuta ehtiyatlarını xərcləməsinə ehtiyac yoxdur. Rubl son iki ayda möhkəmlənir.
Üstəlik bunu neftlə izah etmək də çətindir. “Brent” markalı neftin qiymətində nisbi artım olsa da qiymətlər əvvəlki kimi 100 dollar səviyyəsində deyil, 60 dollardan aşağıdır. Deməli, Rusiya iqtisadiyyatını sanksiyalarla və neftin qiymətlərini aşağı salmaqla çökdürmək dövrü arxada qalıb.

Doğrudur, əksər beynəlxalq valyuta institutlarının və reytinq agentliklərinin proqnozlarına görə, Rusiya iqtisadiyyatında bu il 3-5 faiz arasında geriləmə olacaq. Lakin bu geriləmə iqtisadiyyatın çökməsi ilə nəticələnməyəcək.

İndi Qərbə Rusiyanın cəmi 3-4 ay əvvəl böhranın astanasına gəlib çıxmış iqtisadiyyatının necə dirçəlməyə başladığını dərk etməyə çalışırlar.

“Bloomberg” agentliyinin təhlilində deyilir ki, görünür, bu məsələdə Putinin iqtisadyyat komandasının rolunu etiraf etmək lazımdır. Xüsusən Mərkəzi Bankın rəhbərinin və maliyyə nazirinin... Onlar kifayət qədər mürəkkəb situasiyada kobud səhvlərə yol vermədilər və Rusiya iqtisadiyyatında tarazlığı salaya bildilər, açıq bazar iqtisadiyyatının prinsiplərindən imtina etmədilər.

Putinin bir çox müşavirləri var və onlar tamam ayrı yanaşma nümayiş etdirirlər. Lakin Putin xarici siyasətdə nə qədər sərt addımlar atsa da iqtisadi blokda mühüm postlara əsl peşəkarları yerləşdirib. Bu peşəkarlar Rusiyanın açıq bazar iqtisadiyyatı kimi saxlanılmasını təmin ediblər və ölkə iqtisadiyyatını uçurumun kənarından qaytara biliblər. Nəticədə Qərbin Rusiyanı iqtisadi təzyiqlərlə çökdürmək planları ən azından yaxın perspektiv üçün reallaşmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *