Həbs olunduğu deyilən eks-nazir oğlu ilə bağlı açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Həbs olunduğu deyilən eks-nazir oğlu ilə bağlı açıqlama

Həbs olunduğu deyilən eks-nazir oğlu ilə bağlı açıqlama


İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov Beynəlxalq Banka borcu olması ilə bağlı qardaşı oğlu haqqında həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Eks-icra başçısı “Qafqazinfo”ya açıqlamasında Vüqar Ələkbərovun həbs edilmədiyini və yayılan xəbərin yalan olduğunu bildirib.

***
Virtualaz.org saytı isə xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib. V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” - deyə V.Ələkbərov bildirib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *