Həbs edildiyi deyilən futbolçu: "Polisə çağırılmışdım, amma..."
Həbs edildiyi deyilən futbolçu Akif Tağıyev məsələ ilə bağlı açıqlama verib.
O, “Qafqazinfo”ya açıqlamasında polis bölməsinə çağırılmasını təsdiqləsə də həbs edilməsi xəbərini təkzib edib: “Sözügedən olayla bağlı həbs edilən digər futbolçu, bir müddət “Xəzər Lənkəran”da oynayan Camal Məmmədovla “Whatsapp” danışığımız olub. Bu söhbət də məhz Rasim Əliyevin döyüldüyü vaxta təsadüf edib. Mənim nömrəm həmin vaxt Camal Məmmədovun əlaqə nömrələrinə düşdüyü üçün bölməyə çağırılmışam. Polis bölməsində müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldım”.
Hazırda isə Akif Tağıyev yolda olduğunu və Tovuza getdiyini bildirib.
Mənbə:> Qafqazinfo.az