Azərbaycanlılar rusiyalılara 2 milyardlıq saxta pendir satıblar
Podmoskovyedə pendir qaçaqmalçıları saxlanılıb. Fırıldaqçılar Rusiyaya sanksiyalaşdırılmış ərzaq gətirirdilər. Xüsusi avadanlıqla təmin edilmiş anbarda onlar aparıcı istehsalçıların saxta etiketlərini çap edirdilər və saxtalaşdırılmış malı bahalı pendir növləri adı altında mağazalara çatdırırdılar.
Oxu.Az “Vesti” telekanalına istinadən xəbər verir ki, cinayətkar qrupun hələlik 6 üzvü həbs edilib. Onlar Rusiya və Azərbaycan vətəndaşlarıdır.
470 ton sanksiyalaşdırılmış pendir müsadirə edilib. Qaçaqmalın anbarı üç mərtəbəni tuturdu.
Cəmi bir neçə ay müddətində cinayətkar qrup 2 milyard rubl dəyərində saxta mal satıb.
Mənbə:> Oxu.Az