Rusiyada saxta pul satan azərbaycanlıya hökm oxundu
Rusiyanın Penzenski vilayətinin Qorodiçensk rayon məhkəməsi Rusiya Federasiyasının Mərkəzi Bankının saxta bank biletlərinin saxlanması, daşınması və dövriyyəyə buraxılmasında təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşına hökm oxuyub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ilin mart ayından onun Penzenski vilayətinə 15 ədəd 5000, 16 ədəd 1000 və 142 ədəd 500 rublluq saxta əsginas gətirib satdığı müəyyənləşdirilib.
“Dövlət ittihamçısının mövqeyinə müvafiq olaraq məhkəmə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası hökmünü çıxarıb. Cəzasını ümumi rejimli koloniyada çəkəcək saxta pul alverçisi həm də 100 000 rubl məbləğində cərimə ediləcək”, - prokurorluqda bildiriblər.
Mənbə:> Oxu.Az