Azərbaycanda “AvtoVAZ”ın satışları artdı
Lada 4x4 və Lada Priora avtomobillərinə tələbat yüksəkdir.
2015-ci ilin birinci yarısında Şərqi Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan “AvtoVAZ” şirkətinin Azərbaycan və Belarusda satışları artıb, Qazaxıstan və Ukraynada azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
İlk yarımildə Azərbaycanda Lada avtomobillərinin satışı 30% artaraq 1,715 minə çatıb. Azərbaycanda Lada 4x4 və Lada Priora avtomobillərinə tələbat yüksəkdir.
Mənbə:> Oxu.Az