Azərbaycan “AvtoVAZ”ın əsas satış bazarlarının ilk beşliyində
LADA Rusiyadan başqa 15-20 ölkədə satılacaq, bu barədə jurnalistlərə “AvtoVAZ” şirkətinin prezidenti Bu Andersson bəyan edib, Oxu.Az bildirir.
“Aydındır ki, biz Avropaya qayıdacağıq. İyulun 1-dən bizim avtomobillərimiz bütün Avropa standartlarına müvafiqdir. Əgər biz “Reno-Nissan” alyansının ən yaxşı idxalçılarını əldə edə bilsək, LADA yaxşı satılacaq. Deyə bilərəm ki, bizim məmulatlar Rusiyadan başqa 15-20 ölkədə satılacaq”, - “AvtoVAZ”ın prezidenti bildirib.
Bu Anderssonun sözlərinə görə, “AvtoVAZ” 2015-ci ildə müxtəlif ölkələrə 70 min avtomobil çatdırılmasına dair müqavilə bağlayıb.
İlin yekunlarına görə idxalçıların ilk beşliyinə Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya daxil olacaq.
Mənbə:> Oxu.Az