“AvtoVAZ” avtomobillərinin qiymətini artırır
Avqustun 1-dən “AvtoVAZ” bir sıra “Lada” modellərinin qiymətini artıracaq. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, artım 4%-dən ibarət olacaq.
““Lada”nın ən məşhur - Granta, Kalina (Cross ailəsi istisna olmaqla) və Lada 4x4 modelləri bahalaşacaq”, - şirkətin nümayəndələri jurnalistlərə bildirib.
Qiymətlərin artımını belə izah ediblər: “AvtoVAZ”da birinci yarım il üçün gəlir keçən il ilə müqayisədə 2,2% azalıb. Şirkətin məsrəfləri isə Rusiya mühasibat hesablama standartlarına görə, 6,6 milyard rubldan ibarət olub.
Yeri gəlmişkən, “AvtoVAZ” əsas sahibi Renault-Nissanın diller şəbəkəsi vasitəsilə xaricdə avtomobil satışına başlaya bilər. İndi “Lada”lar əsasən Qazaxıstana, Azərbaycana və Ukraynaya tədarük edilir.
“AvtoVAZ” öz məmulatlarını Avropada satışa çıxarırdı, amma keçən ilin payızında texniki standartlara müvafiq olmaması ucbatından ixracı dayandırdı.
Mənbə:> Oxu.Az