Pulsuz 270 arı ailəsi paylanılıb » AzNews.info -Xəbər portalı

Pulsuz 270 arı ailəsi paylanılıb – VİDEO

Pulsuz 270 arı ailəsi paylanılıb


Cənub bölgəsində maraqlı bir layihənin icrasına başlanıb. Qeyri-hökumət təşkilatları və arıçıların özlərinin birliyi ehtiyacı olan ailələrə arıçılıqla məşğul olmaq imkanı yaradıblar. Onlara arı ailələri və lazımi avadanlıqlar verilib.

ANS TV-nin məlumatına görə, Azərbaycan Arıçılar İttifaqı ilə Türkiyənin TİKA təşkilatı arasında 5 ildir davam edən regionlarda arıçılığın inkişaf etdirilməsi proqramı çərçivəsində bu il cənub bölgəsinin 6 rayonu üzrə əsasən imkansız və imtiyazlı təbəqədən olanlara min arı ailəsi paylanılacaq.

Artıq Astarada 27 arıçıya 270 arı ailəsi və lazım olan arıçılıq ləvazimatları,1 ilə çatacaq dərman preparatları, metodiki vəsait təqdim edildi.

Birinci qrup əlil Uğur İbrahimov deyir ki, ona arı ailəsi, lazım olan avadanlıqları təmənnasız veriblər, gələcəkdə öz ailəmi bəzi problemlərini arılarla həll edə bilərəm.

İndiyədək proqram çərçivəsində 3 bölgədə 100 adama 10 ədəd olmaqla min arı ailəsi paylanılıb.

“Biz istəmirik ki, arıçı sata biləcəyi qədər bal istehsal eləsin. Biz istəyirik ki, arıçının balı tədarük olunsun, qablaşdırılsın. Arıçı bacardığı qədər bal istehsal eləsin. Onda Azərbaycanda bal istehsalı 2-3 dəfə artar. Balın maya dəyəri də aşağı düşəcək”, – deyə Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev qeyd edib.

500 arıçını birləşdirəcək təşkilatın birinci vəzifəsi tədarük olunan məhsulun qablaşdırılmasını həyata keçirməkdir.

“Azərbaycanda arı xəstəliklərilə mübarizə, bu çox önəmlidir. Arı xəstəlikləri üzrə bir labaratoriyanın yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyilə danışıqlarımız davam edir”, – deyə Türk təşkilatının nümayəndəsi İsmayıl Gülək bəyan edib.

Yaxın vaxtlarda proqram çərçivəsində Yardımlı rayonunda arıçılıq məhsullarının qablaşdırılacağı müəssisənin yaradılacağı planlaşdırılır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *