Bakıda 1400 dollara satılan Nissan-a alıcı tapılmır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Bakıda 1400 dollara satılan Nissan-a alıcı tapılmır

Bakıda 1400 dollara satılan Nissan-a alıcı tapılmır


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 21-də keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Oxu.Az ƏMDK-ya istinadən xəbər verir ki, hərraca çıxarılan 24 avtomobildən 13-ü satılıb.

Qeyd edək ki, iyulun 21-də 5-ci dəfə hərraca çıxarılan 1998-ci il istehsalı olan Nissan Maximanın bu dəfə də alıcısı tapılmayıb.

Xatırladaq ki, komitə bu avtomobili bazar qiymətindən iki dəfə ucuz satırdı - cəmi 1400 dollara.

Onu da əlavə edək ki, bu dəfəki hərracda QAZ-31105-120, Mercedes Benz E 320, QAZ-3102, QAZ-31105-120, MAZ-5551, 1991-ci il istehsalı olan 2 ədəd ZİL-MMZ-4502, ZİL-MMZ, ZİL-MMZ-554 və Traktorun müxtəlif modelləri satılıb.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *