Elnarənin var-yoxu, Eltonun başgicəllənməsi, ərinə görə sevgilisindən ayrılan sənətçi… » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Elnarənin var-yoxu, Eltonun başgicəllənməsi, ərinə görə sevgilisindən ayrılan sənətçi… HƏFTƏBECƏR

Elnarənin var-yoxu, Eltonun başgicəllənməsi, ərinə görə sevgilisindən ayrılan sənətçi…


Şou-biznes elə yerdir ki, burada hər şey sanki cəngəllik qanunlarıyla idarə olunur. Başqasını əzməsən, mütləq səni əzirlər, nə qədər aqressiv, hətta tərbiyəsiz olsan, bu, sənin xeyrinə işləyir. Başa düşürəm, çoxlarınız düşünürsünüz ki, bunu bilirdik də, xatırlatmağın nə anlamı vardı? Oxuyun, biləcəksiniz...

Keçmiş mərsiyə, hazırki muğam ifaçısı Elnarə Abdullayeva yavaş-yavaş "işin çəmini" tapmağa başlayıb. Yəni olub xalis şou-biznes adamı. Amma bir balaca irəli gedib desəm, yəqin ki, yalan olmaz. Bilməyənlər üçün xatırladım ki, xanəndə 200 min manat xərc çəkib doğulduğu kəndə su çəkdirmişdi. Sonra saytlar yazdılar ki, bulaq quruyub. Mən də Elnarə xanıma zəng vurub soruşdum ki, doğrudanmı sizin çəkdirdiyiniz bulaq daha fışqırmır? O da telefonun o başından başladı təlim-tərbiyəsinə uyğun fikirlər səsləndirməyə: "Onu yazanın var-yoxu çöldə qalsın. Jurnalistlər arasında da cındırlar var..."
Təbii ki, onun səsləndirdiyi fikirlər mənə aid olmasa da, jurnalist kimi münasibət bildirməyi borc hesab edirəm. Ən əsası ona görə ki, bu tərbiyəsizlik mənim həmkarıma qarşı olunub. Əvvəla, bu söz qadın adına yaraşmır və o xanımın evdə övladlarıyla, həyat yoldaşıyla hansı tərzdə danışdığı mənə çox maraqlıdır. Əgər bir adam jurnalistə var-yox söyüşü söyə bilirsə, deməli, evində bunun ikiqat artığını edə bilir. "Jurnalistlər arasında da cındırlar var" fikrinə gəlincə, bir dostum məndən xahiş edir ki, Elnarə Abdullayevaya sual verim. Sual belədir: Elnarə xanım, sizin təbirinizcə desək, müğənnilər arasında cındır olmayan neçə nəfər tanıyırsınız? Əgər iki əlinizin barmaqlarının sayından daha artıq sənətçi adı çəkə bilsəniz, afərin sizə. Və son olaraq: fikrimcə, özünə, yaxınlarına, qısaca desək, var-yoxuna hörmət edən kimsə mətbuat vasitəsilə var-yox söyüşü söyməz. Həmin fikirləri tirajlamaya da bilərdim. Amma insanlara "maskalar"ın iç üzünü göstərmək baxımından həmin müsahibənin yayılmasını məqbul hesab etdim.

Müğənni Elton Hüseynəliyev son 10 ildə Azərbaycan estradasının əsas simalarından birinə çevrilmişdi. Amma görünür, qazandığı pullar, şöhrət sənətçinin başını əməli-başlı gicəlləndirdi. Mətbuatın yazdığına görə, Elton həyat yoldaşından boşanıb, prodüserindən isə ayrılıb. Həyat yoldaşıyla boşanma səbəbləri tam bəlli olmasa da (Hərçənd ki, ortada müxtəlif versiyalar var - İ.V.) prodüseri sənətçidən məsuliyyətsizlik ucbatından uzaqlaşıb. Yəni, Hüseynəliyev səhər çəkilişlərinə, toylara gecikirmiş. Əgər bu işin altından hansısa "pis vərdiş" çıxsa, təəccüblənmərəm. Çünki sənətçilərin sonradan "sapmalarını" çox görmüşük. Hamısının da aqibəti bəlli.

"Maşın" şou bitdi, söz-söhbəti, qalmaqalı, zırıltısı, gurultusu davam edir. Artıq məhkəməyə verilənlər də var. Bu arada şounun qalibi Xatirə İslam deyib ki, orada iki qruplaşma olub, hər ikisini də özüm idarə etmişəm. Deməli, çox danışmaq heç də hər şeyi bilmək deyil.

Tacir Şahmalıoğluyla Fədayə Laçın reklam sarıdan əziyyət çəkən kimi keçdikləri altı illik "döyüş yolu"ndan danışmağa başlayırlar. "Döyüş yolu" deyərkən düşünməyin ki, sənətçilər müharibə iştirakçısı olublar. Yəni özlərinin açıqlamalarına görə, altı il vətəndaş nikahında yaşayıblar. Bu dəfə də "A-dan Z-yə" verilişinin qonağı olan keçmiş cütlük ötənlərə yüngülvari səyahət edib. Bu gedişlə sənətçilərin səyahət üçün yeni "tur paket" alacaqları istisna deyil. Bəlkə, bu dəfə də altıillik oldu.

Bu həftənin maraqlı açıqlamalarından biri də hər kəsin "Fəlakət" kimi tanıdığı aktyor Elşən Orucovdan gəlib. Elşən deyib ki, çox məşhur xanımla sevgilidir. Amma sevgilisinin kim olduğunu açıqlamaq istəməyib. Bəlkə də, bu müsahibəni "Fəlakət" kimi versəydi, çox şeyləri açıb deyərdi.

Rəqqasə Oksana Rəsulova xeyli müddətdir açıqlama vermirdi, heç müsahibələrini də görməmişdim. Amma sükutu babat pozub. Sitat:
"Cinsi əlaqə zamanı da kişi qadından o enerjini sorur. Ancaq bir qadın və bir kişi uzun müddət cinsi əlaqədə olsalar, onlar bir-birini 50-50-yə tamamlayırlar. Elə bil onlar təzədən bir-birindən həzz alıb, ehtirasa gəlirlər. Xanımdan enerji gedəndə isə dərisi quruyur, gözünün işığı gedir, saçları taxta kimi olur. Ona görə xanımlar sevən zaman, hər hansı münasibət yaşayan zaman çox diqqətli və məlumatlı olmalıdırlar".
Nəzərinizə çatdırım ki, Rəsulova ixtisasca həkimdir.

Sonda isə diqqətinizə müğənni Sevda Kazımovanın səmimi etiraflarını çatdıracağam: "Ərimlə küsülü olduğum müddətdə görüşdüyüm insan var idi. Sonra ərimlə barışdıq, hazırda həmin insan həyatımda deyil. İndi o insanı yox, ərimi sevirəm. Onu sevə-sevə yaşayıram. Biz çox məsafəli ailəyik, əgər keçmişi qurdalasaq, gərək ayrılaq".

Bax belə. Şərh etmək sizə qalsın.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *