“Maşın”ı uduzan Anar: Roza Zərgərli oxuya bilmir, camaata ağıl verir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

“Maşın”ı uduzan Anar: Roza Zərgərli oxuya bilmir, camaata ağıl verir

“Maşın”ı uduzan Anar: Roza Zərgərli oxuya bilmir, camaata ağıl verir


Stilist Anar Ağakişiyev müğənni Roza Zərgərlini sərt tənqid edib.

AzNews.info ANS PRESS-ə istinadla xəbər verir ki, stilist açıqlamasında Rozanın geyim tərzini və intellektual səviyyəsini qətiyyən bəyənmədiyini bildirib:

“Biz onunla birlikdə “Maşın” realiti-şouda olduq. O xanımı orada tanıya bildim. Sizə bir əhvalat danışacam; gündüz saatlarında maşının ərtafında dayananda darıxmamaq üçün bizə kitab vermişdilər oxumağa. Roza özünü ağıllı göstərmək üçün guya kitab oxuyurdu. Amma kənardan baxanda bunun görünüş xatirinə etdiyini görməmək mümkün deyildi.

Rozadan soruşdum ki, nə oxuyursan, bizə də de. Gördüm səs çıxmadı, yenə soruşdum. Mənim də tərsliyim tutduğundan dəfələrlə bu sualı ona verdim. Bizimlə bərabər maşının ətrafında dayanan Günel Ələkbərova mənim suallarımdan təngə gəlib, Rozaya dedi ki, sən Allah, o kitabdan 1-2 cümlə oxu, Anar əl çəksin səndən. İnanırsız, oxumadı. Çünki oxuya bilmir. İki cümləni birləşdirib oxuya bilmir, camaata ağıl verir. Özünü intellektual göstərir hamının yanında”.

“Günə baxan” verilişinin qonağı olan stilist, müğənninin libasını da tənqid edib:

“Səhər proqramına gecə libasında gəlir, hələ bir qarşısındakı insanda səhv tutur. Rozanın “Günə baxan”ın efirinə geyindiyi təmtəraqlı libası gördünüz? Elə bil Opera Balet Teatrının səhnəsinə çıxmışdı”.

İlk gündən maraqlı və açıq oyun nümayiş etdirən stilist Anar Ağakişiyev, Samir Cavadzadənin qalib olmağını istəyir.

“Maşının ətrafında dayananlardan Samirin maşını yoxdur. Xatirənin də, Rəşadın da maşını var. Ona görə də çox istəyərdim ki, maşın onun olsun. Məncə Xatirə ilə Rəşad ona bu imkanı yaradacaqlar. Maşını Samir Cavadzadə qazanacaq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *