Supermodeldən çılpaq fotosessiya – FOTO
İki həftə əvvəl karyerasını başa vurduğunu elan edən Jizel Bundhen çılpaq soyunaraq kameralar qarşısına keçib. ANS PRESS-in məlumatına görə, braziliyalı supermodel məşhur "Vogue" jurnalının üz qabığına çəkilib.
Jurnal satışa çıxmadan artıq səs-küy salıb. Axı xarici KİV-də yazılanlara inansaq, Jizel ailəsi xatirinə karyerasını başa vurmuşdu.
Dünyanın ən bahalı modelllərindən biri olan Jizelin artıq 34 yaşı var. Dünya dəb çərçivələrinə görə, o artıq pensiyaçıdır. Lakin braziliyalı gözəlin vizual görünüşü yaşını qətiyyən göstərmir.
"Forbes"jurnalının yazdığına görə, Jizel Bundhen 2014-cü ildə 47 milyon dollar qazanıb. Maraqlıdır ki, Jizel ilk dəfə deyil ki, belə səviyyəli reytinqə başçılıq edir. O, 8 dəfə ən varlı modelllərin top 10-luğunda birinci yerə sahiblənib. Braziliyalı model bu pulları H&M, Chanel, Carolina Herrera, Pantene и Oral-B kimi məşhur brendlərin, həmçinin şəxsi yay ayaqqabıları və alt paltarı istehsal edən şirkətlərini reklam edərək qazanıb.
Mənbə:> ANSPRESS