Mayli Sayrus gəlinliyinə 9000 dollar xərclədi
Bir müddət əvvəl gizli toy edib 28 yaşlı sevgilisi Liam Hemsvortla nikah masasına oturan müğənni Mayli Sayrusun gəlinliyinə verdiyi pul təəccübləndirdi.
Oxu.Az xəbər verir ki, çox xərci çıxmasın deyə bağ evində kiçik məclis təşkil edib Liamla ailə quran Mayli gəlinliyinə 9 min dollar (təxminən 15 min AZN) xərcləyib.
Onun süd rəngli sadə ipək gəlinliyi "Vivienne Westwood" imzalı olub.
Qeyd edək ki, 10 illik münasibətlərini rəsmiləşdirən cütlüyün bu yaxında Malibudakı villası yanğınlar zamanı tamamilə yanaraq külə dönmüşdü.
Bu səbəbdən ziyana düşmüş Sayrus toyunu bağ evində yalnız yaxın dostlarının əhatəsində qeyd edib.
Mənbə:> Oxu.Az