Mayli Sayrusun Liam Hemsvortla » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Mayli Sayrusun Liam Hemsvortla

Mayli Sayrusun Liam Hemsvortla


Amerikalı məşhur müğənni Mayli Sayrus aktyor Liam Xemsvort ilə evlənəcəyi tarix açıqlanıb. ANS PRESS-in məlumatına görə, məşhur cütlük bu yay nikah masasına əyləşəcək. Bu barədə ailəyə yaxın olan qohumlar deyib.

Məlumata görə, M.Sayrusun anası toya hazırlaşır. O, qızına gəlinlik almasına və digər prosedurları planlaşdırmasına köməklik edir. "Mayli Sayrus ilə Liam Xemsvort bir evdə qalırlar. Onlar bir birilərini çox sevirlər. Cütlük bir dəqiqə də ayrılmaq istəmir. Ola bilsin ki, toyları Las Veqasda olsun. Hər şey çox ciddidir”- məlumatda belə deyilir.

Mayli Sayrus sevgilisi ilə çəkiliş meydanında tanış olub. Müğənni 2009-ci ildə "Axırıncı mahnı" filmindəki rol yoldaşı Liam Hemsvortla 3 il görüşdükdən sonra nişanlanıb. Lakin 2013-cü ildə onlar ayrılıblar. İfaçı nişanlısından ayrılandan sonra Arnold Şvartseneggerin oğlu Patrik ilə görüşməyə başlayıb. Lakin ifaçının Patrik ilə münasibətləri uğursuz olub. Mayli Sayrus sabiq nişanlısı ilə ötən il barışaraq yenidən görüşməyə başlayıb.

İfaçının “We Can't Stop” mahnısı 16 ölkədə birinci olub və “YouTube”da 24 saat ərzində 10.7 milyon dəfə izlənilərək Castin Biberin rekordunu qırıb. Onun "Wrecking Ball" mahnısı da “YouTube"da 24 saat ərzində 19.2 milyon adam tərəfindən izlənilərək “One Direction” qrupunun rekordunu da təzələməyi bacarıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *