Sevgilisinə masajçı ilə xəyanət etdi – FOTO
Məşhur müğənni Zayn Malik sevgilisi Cici Hadiddən ayrıldığı vaxt masajçı ilə bir gecəlik münasibət qurub.
AzNews.info ölkə.az-a istinadən xəbər verir ki, Enrika Petronqari adlı masajçı qadın Zayn Malinin ondan istifadə etdiyini bildirib. Enrika əvvəllər rəqqas olub. O, bildirib ki, Zayn Cicidən ayrıldıqdan iki həftə sonra Malik onu evinə çağırıb və gecəni birlikdə keçiriblər.
Enrika baş verənləri belə izah edib:
"Malikin köməkçisi mənə zəng etdi və bir gecəlik sifariş verdi. Zaynı görənə qədər müştərinin o olduğunu bilmirdim. Onu masaj edəndə Malik əlimi tutdu və onun yanında rahat ola biləcəyimi söylədi. Onun çox gözəl bədəni var idi. Bir müddət sonra masajı vecinə almadığını dedi. Mənə komplimentlər söylədi. Amma hər şey baş verdikdən sonra məndən istifadə etdiyini anladım".
Enrika güzgüdə bir selfi çəkib İnstaqramda da paylaşıb. İddialara görə, fotonun arxa planındakı dekorasiya buranın Malikin evi olduğunu sübut edir. Enrika qeyd edib ki, seksdən sonra Malik ona qarşı kobud davranıb.
Sevgilisi ilə yenicə barışan Cici məsələ ilə bağlı açıqlama verməyib.
Mənbə:> Ölkə.Az