Sevgilisinə "orucam" desə də, yenə zorlandı
Türkiyədə qəribə olay baş verib.
Həvva (şərti ad) 22 il əvvəl evləndiyi əri öldükdən sonra anasının evinə köçür. Ərinin ölümündən bir müddət sonra isə Mehmet adlı biriylə gizli sevgi münasibəti yaşayır. Mehmetdən ayrılmağa çalışan Həvva onun şantajları ilə üzləşir. Məhməd bir neçə dəfə zorla Həvva ilə cinsi münasibət yaşayır. Əks təqdirdə hər şeyi ailəsinə deməklə hədələyir.
Həvva 2005-ci ildə ikinci evliliyini edir, lakin sevgilisi ondan əl çəkmir. Belə ki bir neçə dəfə evinə gəlib Həvvaya təcavüz edən Mehmet 10 gün öncə yenə Həvvanı şantaj edir və cinsi münasibətə girməsə hərşeyi ailəsinə, ərinə danışacağını deyir. Həvva "Orucam” deyərək Mehmeti vaz keçirməyə çalışsa da, bacara bilmir. Belə ki, Həvvanın evinə gələn Mehmet Həvvanın silahı ilə qarşılaşır. Həvva "Mən sənə gəlmə demədim?” deyərək silahı Mehmetə doğru yönəldir. Mehmet qaçmağa çalışsa da başından və boynundan aldığı 6 güllə yarasıyla hadisə yerində keçinir. Həvva isə polisə zəng edərək hər şeyi etiraf edir və polis evə gələrək qadını həbs edir.
Mənbə:> Big.az