İnsanlardan qaçıb özünə Cənnət düzəltmiş müasir Adəm və Həvva... – FOTO
Kanadalı ailə sivilizasiyadan qaçıb üzən adaya yerləşib. ANS PRESS-in məlumatına görə, Ueyn Adams və Ketrin Kinq suyun üzərində yerləşən evlərini "Azadlıq buxtası" adlandırıblar.
Bu üzən ev - ada Britaniya Kolumbiyasının Vankuver sahillərində yerləşir. Cütlük artıq 23 ildir burada yaşayır və bir dəfə də olsun bu seçimlərindən şikayət etməyiblər. Ailə iddia edir ki, azadlıq məhz bu deməkdir.
Müasir Adəm və Həvvanın sözlərinə görə, burada həyat o dərəcədə gözəl və möhtəşəmdir ki, onu hətta Yer üzünün Cənnəti adlandırmaq olar.
Ueyn Adams və Ketrin Kinq öz "Azadlıq buxta"larını 1992-ci ildən qurmağa başlayıblar
12 platformadan ibarət olan konstruksiyaya rəqs meydançası, bədii qalereya, qonaq evi, yaradıcılıq emalatxanası və 5 bitki yetişdirmək üçün qapalı isti yer daxildir
Ər-arvadın sərəncamında yarım hektara yaxın torpaq ərazi var. Onlar burada lazım olan meyvə və tərəvəzləri yetişdirirlər
İçməli suyu şəlalədən və ya yağışdan əldə edirlər
Elektrik almaq üçün günəş panellərindən istifadə ediblər, lakin bu yaxınlarda sıradan çıxıb
Hər şey qış aylarında baş verən fırtınada ağacların aşması ilə başlayıb.
Kinq və Adams bu yıxılmış ağacları özlərinin gələcək üzən evlərinin birinci hissəsinin tikintisində istifadə edirlər
59 yaşlı Ketrin musiqiçi, rəqqasə, yazıçı və rəssamdır
66 yaşlı Ueyn rəssam - həkkakdır. O, ağacdan və ya fil sümüyündən düzəltdiyi əl işlərini satmaqla qazanır
Mənbə:> ANSPRESS