Azərbaycanlı qız sevgilisinə mesaj göndərib intihar etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanlı qız sevgilisinə mesaj göndərib intihar etdi

Azərbaycanlı qız sevgilisinə mesaj göndərib intihar etdi

Türkiyənin Aydın şəhərində Azərbaycan əsilli qız intihar edib.

Baku.ws xəbər verir ki, 22 yaşlı Hicran Novruzova birlikdə yaşadığı sevgilisi ilə problemlərinə görə özünü asıb. Stulun üzərinə çıxıb boynuna ip keçirən qız şəklini çəkib, sevgilisinə göndərib. Şəklin altına “intihar edirəm” yazan qız daha sonra həyatına son qoyub.

Hadisə ötən gün baş verib. Hicranın Aydında ofisiant işlədiyi və psixoloji problemləri olduğu iddia olunur. Məlum olub ki, qızın sevgilisi də ofisiantdır. Mesajı gördükdən sonra sevgilisinə zəng edən oğlan bir nəticə əldə edə bilməyib. Gənc dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Evə girən polis Novruzovanın cansız bədəni ilə qarşılaşıb.

Hadisə yerində edilən araşdırmanın ardından Novruzovanın meyiti yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

Sevgilisinin meyiti evdən çıxarılarkən göz yaşlarına boğulan oğlanı isə polislər sakitləşdiriblər.

Mənbə: Baku.ws
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *