“Bazarstore”də rüsvayçılıq: Xanım işçiyə əxlaqsız təklif » AzNews.info -Xəbər portalı

“Bazarstore”də rüsvayçılıq: Xanım işçiyə əxlaqsız təklif

“Bazarstore”də rüsvayçılıq: Xanım işçiyə əxlaqsız təklif


Bakıda məşhur “Bazarstore” mağazalar şəbəkəsində çalışan xanım işçiyə qarşı əxlaqsız təklif irəli sürülüb.

AzNews.info xəbər verir ki, bu barədə Femida.az saytına Aygün Hüseynova (şərti addır-red) adlı bir xanım məktub yazıb.

Aygün Hüseynova özünün dediyi kimi, Bakının ən məşhur mağazalar şəbəkəsi olan “Bazarstore”də başqa bir firmanın təmsilçisi olaraq işləyib. Düz bir həftə öncəyə kimi... Həyat yoldaşından ayrılan xanım çörəkpulu qazanmaq üçün üz tutduğu işdə gözləmədiyi hadisələrlə rastlaşıb.

Belə ki, ilk gündən “Bazarstore”də mühafizə xidmətinin rəisi Elvin Musayev dəfələrlə ona yaxınlaşaraq eşq elan edib.

“İşə başladığım ilk gündən Elvin Musayev mənə qarşı əxlaqsız davranışlar edirdi. Hər gün işə gələndə biz telefonlarımızı ona təhvil verirdik, işdən çıxanda da onun otağında yoxlanıldıqdan sonra telefonumuzu alıb çıxırdıq. O, bir neçə dəfə məndən nömrəmi ona verməyimi tələb etdi. Mən də dedim ki, ayıbdır, biz iş yoldaşıyıq, artıq hərəkət lazm deyil. Yenə əl çəkmirdi. Hər gün bir bəhanə ilə mənim adımı elan etdirərək otağına çağırıb, əxlaqsız davranışlar etmək istəyirdi” - deyə A.Hüseynova qeyd edib.

Bakıda kirayə qalan xanım işini itirməmək üçün üzləşdiyi əxlaqsızlığa bir müddət göz yumub.

“O, mənim nömrəmi haradansa alaraq başladı mənə mesajlar yazmağa, gecə-gündüz zəng etməyə. Artıq mən dayana bilmirdim. Ona dedim ki, sən bu əxlaqsızlığına görə cavab verməli olacaqsan. O isə bildirdi ki, sənə mesaj yazmağımı kiməsə desən, səni burada biabır edəcəyəm. Onsuz da hamı mənə inanacaq. Gör, səni nə günə qoyacağam. Artıq dözə bilmirdim. Hər gün əl çəkmirdi məndən. Sonuncu gün onun cavabını verdim, həm də hamının içində. Mənə dedi ki, səni biabır edəcəyəm. Hamıya deyəcəyəm ki, mənimlə yatmısan, əxlaqsız qadınsan. Şokdaydım. Bilmirdim nə edim. İşdən çıxaraq onun işlədiyi şirkətin Asim adlı rəisinə şikayətimi bildirdim. Əvvəl o mənə söz verdi ki, Elvini cəzalandıracaq. Sonra əlbir olub mənə qarşı çıxdılar, şər atdılar ki, guya mən Elvinlə gəzmişəm”

Çarəsiz durumda olan Aygün Hüseynova ona şər atdığı üçün daxili işlər orqanlarına müraciət edərək Elvin Musayevin cəzalandırılmasını xahiş edib:

“Müqəddəs ayda mənə qarşı şər atanları Allahın ixtiyarına buraxıram. Mən halal əziyyətimlə pul qazanıb, balalarımı saxlamışam. Elvinin bu alçaqlığını Allah da bağışlamayacaq. Ona mən dedim ki sən mənə şər atırsan, sənin də evində anan, bacın var. O isə bildirdi ki, yaxşı edirəm, sübut elə ki, şər atıram. Onun müdiri Asim adlı şəxsdə onunla əlbir olub, mənə qarşı çıxdılar. Mən bu haqsızlığa dözə bilmirəm. Xahiş edirəm, aidiyyatı qurumlardan bu məsələni araşdırsınlar. Mənə şət atan insanlar cəzalanmasa, haq yerini tapmasa mən yaşaya bilmərəm. Elvin təkcə, mənə qarşı deyil, iş yerində bütün qızlara qarşı əxlaqlız edirdi. Neçə qız ona görə işdən çıxdı. O qolunun gücünə arxayın olub, deyirdi ki, heç kimdən qorxmuram, başınıza oyun açaram”.

Femida.az-ın məlumatına görə, adıçəkilən Elvin Musayev Xəzər Mühafizə və Təhlükəsizlik Xidmətinin işçisidir.

Məsələ ilə bağlı Femida.az “Bazarstore” MMC-nin PR və Marketinq meneceri Günay Novruzqızı ilə əlaqə saxlaıb.

O bildirdi ki, qeyd edilən məsələ ilə bağlı heç bir məlumatı yoxdur:

“Bu barədə heç bir məlumatım yoxdur. Fikir bildirmək üçün məsələ ciddi araşdırılmalıdır.”

Mənbə: Femida.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *