Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya məktub yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Media

Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya məktub yazdı

Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya məktub yazdı


“Səni axtarıram” layihəsinin rəhbəri, bu günlərdə ATV-dən ayrılan Xoşqədəm Hidayətqızı ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət hazırlayıb.

AzNews.info xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, müraciətdə ATV-də haqlarının pozulması, ona qarşı ədalətsizliklərin edilməsi, eləcə də qara PR-a məruz qalması öz əksini tapıb.

Ölkənin birinci xanımından ATV rəhbərliyinin özbaşınalığına qarşı ölçü götürülməsi xahiş edilib.

Məlumata görə, Xoşqədəm Hidayətqızı Mehriban Əliyevadan kömək istəmək qərarına ATV rəhbəri Vüqar Qaradağlının onunla bağlı sərt göstəriş verməsini eşitdikdən sonra gəlib. Belə ki, teleaparıcı kanala gedərək, “Səni axtarıram”ın arxivini götürmək istəyəndə rəhbərliyin buna icazə vermədiyini, verilişlə bağlı hər-hansı bir materialların kanaldan çıxarılmasının mümkün olmadığını bildiriblər. Bundan sonra tərəflər arasında narazılıq yaranıb.

Müraciətin mətnini təqdim edirik:

“Hörmətli Mehriban xanım, 20 ildir Azərbaycan mediasında dövlətimizin, xalqımızın maraqlarını əsas götürərək çalışıram. Hər zaman dövlətimə, xalqıma xidmət etdim. 5 ildir “Səni axtarıram” adlı bir layihə yaratmışam. Dişimlə, dırnağımla inkişaf etdirmişəm. 3 il öncə ATV-yə rəhbər təyin edilən Vüqar Qaradağlı ilə birlikdə biz bu layihəni lisenziyalaşdırdıq. Yəni “Səni axtarıram” layihəsi mənim və ATV-nin adına lisenziyalaşdırıldı. Mən bunu istədim. ATV mənə efir vaxtı verdiyi üçün mən də bunu Vüqar Qaradağlıya bir jest olaraq təklif etdim və məsələ həllini tapdı. Vüqar Qaradağlı o zaman mənə söz vermişdi ki, nə vaxt sən ATV-dən ayrılsan adına, konsepsiyasına qədər özünün yaratdığın “Səni axtarıram” layihəsini özünlə götürüb apara bilərsən. Təxminən 10 gün öncə isə məni yanına çağırıb bu layihəni bağlayacağını və bir həftə sonra efirdən yığışdıracağını dedi. Mən bu addımın çox acı nəticələri barədə onu məlumatlandırdım. Bu layihəyə yüz mindən çox müraciət etdiyini, öz əzizlərini axtaran insanların olduğunu söylədim. Dedim ki, bu qədər insanı düşünək və bəlkə onlar üçün layihədə hansısa dəyişiklik lazımsa edək. Hətta təklif etdim ki, əgər istəmirsinizsə, mən efirdə görünməyim, kadr arxasında qalım, amma layihə bağlanmasın. Lakin Vüqar Qaradağlı razılaşmadı.

Hörmətli Mehriban xanım, bu layihənin inkişafı, yaşaması, insanlara köməyimizin dəyməsi üçün bu beş ildə həyatımı təhlükələrə atdığım dövrlərdə olub. Suriyada, Əfqanıstanda, İraqda ölümlə üz-üzə qaldım. Bütün bu zəhmətin heç olmaması üçün Vüqar Qaradağlıya xahiş etdim. Amma dinləmədi. Aprelin 12-də “Səni axtarıram”ı bağladı. Dedim ki, o zaman ATV bir imtina arayışı versin ki, mən halal haqqım olan bu layihə ilə digər telekanala gedim və insanların ümid yeri kimi baxdığı layihəni davam etdirim. Vüqar Qaradağlı söz verdi ki, iki gün sonra arayışı verəcək. Lakin sözünün üstündə durmadı və mənə qarşı qara piar kampaniyası başladı.

Mən bir qadınam, anayam, gücsüz, zəif ola bilərəm. Hörmətli Mehriban xanım, yüz minlərlə insanın ümid yeri olduğunuz hamımıza məlumdur. Sizdən bu məsələdə mənə öz köməyinizi əsirgəməməyinizi, Vüqar Qaradağlının “Səni axtarıram” layihəsinə aid olan material və sənədlərin, həmçinin vəd etdiyi arayışın mənə verilməsinə təsir göstərməyinizi xahiş edirəm. On minlərlə insan “Səni axtarıram”ın nə vaxt efirə çıxacağını gözləyir. Köməyiniz on minlərlə insanın gözləntisidir”.

Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *