Məşhur müğənni atasının meyiti ilə elə bir selfi çəkdi ki… – FOTO
Serbiyalı tanınmış müğənni və İnstaqram fenomeni Jelika Ljubiçiçin son paylaşımı izləyənlərini şoka salıb.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, xəstəxanada bir neçə dəqiqə əvvəl dünyasını dəyişən atasının meyiti ilə selfi çəkən müğənninin fotonu sosial şəbəkədə paylaşması kəskin reaksiyalara səbəb olub.
O, fotonu bu qeydlə paylaşıb: “Savaşa bildiyimiz qədər savaşdıq, ancaq bu bizim seçimimiz deyil. Bizi 67 yaşında tərk etdi. Atamız olduğun üçün təşəkkür edirəm”.
Sosial media istifadəçiləri isə müğənnini sərt tənqid edərək, onun ruhi sağlamlığının yerində olmadığını bildiriblər.
Mənbə:> Publika.az