Nadir İnstaqram səhifəsini bağladı – FOTO
İzləyicilərini təhqir edən müğənni hələ də qınaq hədəfindədir.
Oxu.Az xəbər verir ki, günlərdir izləyicilərini təhqir etməsi ilə gündəm yaradan Nadir Qafarzadə İnstaqram səhifəsinə girişi məhdudlaşdırıb.
202 min izləyicisi olan müğənninin bu addımı atmasına səbəb ona yazılan irad və tənqidləri görmək istəməməsidir. Ailəsi ilə birlikdə Antalyada dincələn N.Qafarzadə sildiyi fotosunu bu cümlələri yazaraq paylaşmışdı:
“Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər isə onsuz da savadsız, zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi “kalitəsiz”dir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və sevimli bəndəsiyəm. Səhifəmə daxil olub, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə... İndi ürəkli oğlan nə isə yazsın, amma telefon nömrəsi də qoysun!”.
Müğənninin bu paylaşımı sosial media istifadəçiləri tərəfindən sərt tənqid olunmaqdadır. Hətta Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Xalq artisti Ramiz Məlik öz şəxsi “Facebook” hesabında Nadirin harınladığını yazaraq onu sərt tənqid edib. Virtual qınağa tuş gələn Qafarzadənin səhifəsində ən son status görünür:
“Allah bizi paxıl və içi qurdlu adamlardan qorusun. Kim bizə nə arzu edirsə, biz ona 10 qatını arzu edirik. Kim bizə nə deyirsə, 10 qatı özünə qayıdır. Ağıllı, savadlı və zövqlü dostlarım, nə yaxşı ki, bu həyatda sizin kimilər var.
Yoxsa bəzi araqarışdıran, sözbaz, evyıxan, avam adamların içində batıb gedərdik. Allah Azərbaycan xalqını belələrindən qorusun! Bura təhqir və söyüş yazanlar, öz doğmalarınıza gedir o sözlər!!!”.
Mənbə:> Oxu.az