Məşhur müğənninin paylaşımı ürək ağrıtdı
Türkiyəli tanınmış müğənni Emre Altuğ sosial şəbəkədə son paylaşımı ilə diqqət çəkib.
ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl yollarını ayıran müğənni Emre Altuğla model Çağla Şikel yay istirahətlərini də fərqli yerlərdə keçirirlər.
Övladları Kuzey və Uzayla birlikdə Bodrumda dincələn Çağlanın “Instagram”da istirahət fotolarını paylaşmasından sonra Emre Altuğ da hərəkətə keçib. Lakin o, paylaşımında hovuz kənarında boş bir şezlonqun olduğunu çəkib göstərərək, “təkbaşına yetim qalan o şezlonq mənimdir” – yazıb.
Onun bu paylaşımı sosial şəbəkə istifadəçilərini və onların pərəstişkarlarını kədərləndirib.
Xatırladaq ki, 5 ay əvvəl ayrılan cütlük 7 il ailəli olub və iki övladları var.
Mənbə:> ANSPRESS