Selfi çəkmək əvəzinə tətiyi çəkdi və ...
Rusiyanın paytaxtı Moskvada gənc qız selfi çəkərkən özünü silahla vurub.
ANS PRESS-in məlumatına görə, mühasib işləyən 21 yaşlı Viktoriya ofisdə silahla selfi çəkdirmək istəyib. Bunun üçün o, mühafizəçidən tapançasını istəyib, o da razılaşıb. Viktoriya silahı başına dayayaraq selfi çəkən vaxt səhvən silahın tətiyini çəkib. Nəticədə qız başından ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun hal-hazırda reanimasiyada olduğu deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Silahına biganə yanaşan mühafizəçinin aqibəti isə hələlik bilinmir. Onun yalnız işdən çıxarıldığı deyilir. Etdiyi məsuliyyətsizliyə görə cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı isə bilinmir.
Mənbə:> ANSPRESS