"Ə, sən kimsən..." - Vahid Əziz özündən çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

"Ə, sən kimsən..." - Vahid Əziz özündən çıxdı

"Ə, sən kimsən..." - Vahid Əziz özündən çıxdı


Tanınmış şair Vahid Əziz şeirlərinə bəstələnmiş mahnıların sözlərini dəyişərək oxuyan müğənnilərə qəzəblənib.

AzNews.info bildirir ki, yenicag.az-a açıqlama verən şair narazılığını dilə gətirib:

"Şeirlərimə yazılan məşhur musiqilərin sözləri dəyişdirilərək oxunanda əsəbiləşirəm. Mirzə Babayevin möhürünü vurduğu "Qurban olum" mahnısını bir çox müğənnilər sözlərini dəyişərək oxuyub. Mən o şeiri 24 yaşımda yazmışam. Müğənnilər "Qocalıqda qaldım yetim" əvəzinə "Bu yaşımda qaldım yetim kimi oxuyur".

Adama deyərlər ki, qocalığını boynuna almırsan deyə, sözlərimi dəyişməlisən? Əsəbiləşib müğənniyə dedim ki, "ə, sən kimsən sözlərimi dəyişirsən, bir də belə oxuma. Necə yazmışamsa, elə də oxu". Əslində, o mahnının möhürünü Mirzə Babayev vurub, qalanları, sadəcə, onu yamsılayır. Bütün mahnılar elədir, ilk ifaçısı möhürünü vurur, qalanları da, sadəcə, təqlid edir. Bəstəkar bilir ki, mahnını hansı müğənniyə verməlidir".

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *